Papa Leo: “Müharibələrə başlayan xristian liderləri günahlarını etiraf etməlidirlər”

Reutersin xəbərinə görə, Papa Leo cümə günü: Müharibələrə başlayan siyasi xristian liderləri İsanın təlimlərinə əməl edib-etmədiklərini qiymətləndirib etiraf etməlidirlər-deyib.

Dünyadakı katoliklərin lideri bu açıqlamanı heç bir liderin və ya münaqişənin adını çəkmədən verib.

“Silahlı münaqişələrdə ağır məsuliyyət daşıyan xristianlar vicdanlarını ciddi şəkildə sorğulamaq və günahlarını etiraf etmək üçün təvazökarlığa və cəsarətə malikdirlərmi?”

Leo cümə günü heç kimin adını çəkməsə də, ABŞ və İsrail tərəfindən 28 fevralda başlayan İrana qarşı davam edən müharibəyə son qoymaq çağırışları son günlərdə artmaqdadır. Vaşinqtondan olan kardinal Robert MakElroy bu həftənin əvvəlində ABŞ və İsrailin İrana qarşı hücumlarının mənəvi cəhətdən ədalətsiz olduğunu, çünki kilsənin ədalətli müharibə meyarlarına cavab vermədiyini bildirib.

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp böyük bir Presviterian xristian məzhəbində böyüyüb. Onun bəzi əsas köməkçiləri vitse-prezident JD Vance və dövlət katibi Marko Rubio də katolikdir. Bu arada İsa davamçılarına zorakılıqdan çəkinməyi öyrədib və Katolik Kilsəsi ümumiyyətlə müharibəyə qarşıdır.