Misli Premyer Liqasında XV tura start verilib.
Günün ilk oyununda "Şamaxı" doğma meydanda "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib.
Qonaqların heyətində Georgi Papunaşvili 8-ci dəqiqədə hesabı açıb. Bölgə təmsilçisinin qollarını isə 54-cü dəqiqədə Alfons Msanqa və 61-ci dəqiqədə penaltidən Karim Rossi vurublar.
"Şamaxı" 20 xalla 7-ci, "Zirə" isə 27 xalla üçüncü pillədə qərarlaşıb.
Günün ikinci qarşılaşmasında "Turan Tovuz" "Sabah"ı qəbul edəcək.
Qeyd edək ki, XV tura dekabrın 15-də yekun vurulacaq.
"Zirə" "Şamaxı"ya məğlub oldu