UEFA Çempionlar Liqası: "Qalatasaray" məğlub olub

"Qalatasaray" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində növbəti matçına çıxıb.

Türkiyə təmsilçisi səfərdə Fransanın "Monako" klubu ilə üz-üzə gəlib.

"Stade Luis 2" stadionunda Bakı vaxtı ilə saat 00:00-da başlayan matçda meydan sahibləri qələbə qazanıb: 1:0.

Folarin Baloqun görüşdə yeganə qolun müəllifi olub. "Monako"nun heyətində 51-ci dəqiqədə Denis Zakariya penaltidən yararlana bilməyib.

Bu məğlubiyyətdən sonra "Qalatasaray" 9 xalda qalıb, Fransa təmsilçisi isə öz növbəsində xallarının sayını 9-a yüksəldib.

UEFA Çempionlar Liqası Liqa mərhələsi, VI tur

00:00. "Monako" (Fransa) - "Qalatasaray" (Türkiyə) 1:0

Qol: Baloqun, 68