Bir qrup mühacir Almaniyada siyasi məhbuslara azadlıq aksiyası keçirib

Dekabrın 5-də bir qrup siyasi mühacir Almaniyada siyasi məhbusların azadlığı çağırışı ilə aksiya keçirib. Paytaxt Berlində, Baranderburg Torun qarşısında baş tutan aksiya Azərbaycanda sayı 400-ə çatan siyasi məhbusların, xüsusi olaraq son günlər intensiv həbslərə məruz qalan Azərbaycan Xalqı Cəbhəsi funksionerləri başda Əli Kərimli olmaqla, üzvülərin azadlığını tələb edib.

Tədbir boyu aksiya iştirakçıları, azərbaycan, alman və ingilis dillərində çıxışlar edərək Azərbaycanda siyasi gərginliyi dilə gətiriblər. Eyni halda aksiyada bir çox siyasi məhbusların şəkilləri qaldırılıb və şüarlar səsləndirilib.

Tədbirin sonunda aksiya iştirakçıları Almaniya kanslerinə, Bundestaq üzvülərinə müraciət qəbul edib.