Hannibal Müəmmar Qəddafinin Livan həbsxanalarından azad olunması çoxsaylı müzakirələrə və söz-söhbətlərə səbəb olub.
Hadisənin mahiyyətini və Hannibal Qəddafinin tutulması və azad olunması ilə bağlı detallarını aydınlaşdırmaq üçün İmam Musa Sədr və yoldaşlarının itkin düşməsi işini izləyən rəsmi komitənin məruzəçisi, hakim Həsən Şamidən eksklüziv müsahibə verib.
Müsahibə zamanı hakim Şami bildirib ki, azad edilmənin birinci səbəbi xüsusi təhqiqat hakiminin qərarıdır. Qanuna görə xüsusi təhqiqat hakiminin qərarlarından apellyasiya şikayəti verilə bilməz. Son dövrlərdə bəzi proseslər də baş verib, o cümlədən Liviya dövlətinin müəyyən addımları, hərçənd kifayət qədər deyil, amma yenə də bir hərəkət hesab olunur. İkinci səbəb on illik həbs müddətinin tamamlanması, üçüncü səbəb isə zamanla hər bir işdə olduğu kimi müəyyən nəticəyə gəlinməsidir. Hakim zaman keçdikcə yeni qənaətə gələ bilər və bu da təbii haldır.
Şami əlavə edib: “Hakim əvvəlcə Qəddafi üçün kəfalət və ölkədən çıxışa qadağa tətbiq edib, daha sonra Liviya nümayəndə heyətinin Livana gəlişi, görüşlər keçirməsi və əməkdaşlıq göstərməsi fonunda qərarı dəyişib. Bu, təbii bir prosesdir və heç bir “mübadilə” deyil. Çünki dövlətlərin ortaq məsələlərdə əməkdaşlığı normaldır. Onların Livanda vətəndaşı var, bizim isə Liviyada üç sevimli insanımız girovdur. Bu işlər bir-biri ilə bağlıdır. Hannibal Qəddafi işi Musa Sədr işi ilə birləşir və siyasi xarakter daşıyır. İmamın qaçırılması siyasi səbəblərlə bağlı idi və siyasi cinayətin hüquqi meyarları da fərqlidir.”
Mətbuatda Hannibal Qəddafinin “on il haqsız yerə həbsdə saxlanıldığı” iddiasına cavab verən hakim Şami deyib: “Hannibal nə təmizlənib, nə də günahsız sayılıb. O, sadəcə ev dustaqlığı kimi azad edilib, amma hələ də bir neçə cinayət üzrə təqib olunur. “Cinayət baş verəndə onun iki yaşı vardı” iddiası məntiqsizdir. Çünki təqib əsas cinayətə görə deyil, sonrakı rolu və verdiyi məlumatları gizlətməsinə görədir. Bu, atasının gizlətdiyi cinayət alətini evində tapan birinin böyüyəndə etiraf etməsinə bənzəyir. Yaşın cinayət vaxtı ilə əlaqəsi yoxdur, əsas məsələ sonrakı roldur.”
Hakim Şami bildirib ki, Liviya nümayəndə heyəti Livana “Liviya məhkəmə işi” adlandırdıqları sənədləri təqdim etmək və öz vətəndaşlarının işini izləmək üçün gəlib. Amma təqdim olunan sənədlərdə yeni heç nə olmayıb. Bu isə məsələnin tam açıqlanmadığını və həqiqətin bir hissəsinin gizlədildiyini göstərir. Mən açıqlamalarımda da vurğulamışam ki, bu işdə tam əməkdaşlıq olmadan iki dövlət arasında münasibətlərin normallaşması mümkün deyil.
Şami əlavə edib ki, əsas addımı Liviya tərəfi atmalıdır, çünki cinayət Liviyada baş verib. Biz onların suverenliyinə hörmət edirik, amma onlar da öz öhdəliklərini yerinə yetirməlidirlər.
Hakim Şami sözlərini belə tamamlayıb: “Biz məsuliyyətimizi yerinə yetirməmiş sayılırıq, ta ki, üç sevimli insanımıza – İmam Musa Sədr, Şeyx Məhəmməd Yaqub və jurnalist Abbas Bədrəddinə – qovuşmayaq. Bundan aşağısı qəbul edilə bilməz. Biz indiyədək mümkün olan hər şeyi etmişik, amma indi əsas məsuliyyət Liviya dövlətinin üzərinə düşür. Onlar əməkdaşlıq etməli, İmam və yoldaşlarını azad etməlidirlər ki, iki ölkə arasında münasibətlər öz axarına qayıtsın.”
Musa Sədrin işini izləyən hakim Qəddafilə bağlı danışıb