Noyabrın 20-də prokuror məşqçilərin, şərhçilərin, klub başçılarının da istintaqa cəlb olunacağını bildirib.
Peşəkar liqalarda bəzi rəsmilərin oyunlara mərc qoyduğu açıqlanandan sonra Türkiyə Futbol Federasiyası (TFF) noyabrın əvvəlində 149 hakim və hakim köməkçisini vəzifədən çıxarıb.
Ötən həftə əməliyyat genişlənib, yüksək liqa klublarından birinin rəhbəri daxil səkkiz nəfər həbs olunub. Federasiya bütün liqalardan mindən çox oyunçunu uzaqlaşdırıb. İkinci və üçüncü liqalarda oyunlar iki həftəlik dayandırılıb.
"Növbəti günlərdə yeni bir əməliyyat keçirə bilərik. Futbolumuzu tam təmizləmək istəyirik", – İstanbulun baş prokuroru Akın Gürlek NTV-yə deyib. O, Türkiyənin UEFA, İnterpol ilə əməkdaşlıq etdiyini söyləyib. Hakimiyyət orqanları Monteneqro, Kipr və Gürcüstanda qeyri-qanuni qumar oynamaqda şübhəli bilinən türkiyəliləri də izləyir. Prokuror hazırda türkiyəli şübhəlilərin qeyri-qanuni mərc üçün yararlandığı xarici mərc platformalarından cavab gözlədiklərini əlavə edib.
TFF məsələni şərh etməsə də, federasiya prezidenti İbrahim Hacıosmanoğlu etiraf edib ki, "türk futbolunda mənəvi böhran" yaşanır.
Federasiyanın araşdırması üzə çıxarıb ki, Türkiyənin peşəkar liqalarındakı 571 hakimdən 371-nin mərc hesabı var.
Türkiyənin futbol liqalarında daxili mərc oyunları ilə bağlı istintaqın daha da genişlənəcəyi gözlənir