İslam İnqilabının qələbəsinin 47-ci ildönümü və “22 Bəhmən günü” ərəfəsində İran İslam İnqilabın Rəhbəri Ayətullah Seyid Əli Xamenei İran xalqına televiziya müraciəti ilə çıxış edib.
Ayətullah Xamenei müraciətində 22 Bəhmən yürüşünün İran xalqının iradə, birlik və möhkəmliyinin nümayişi olduğunu bildirib. O vurğulayıb ki, milli güc hərbi texnikadan daha çox xalqın iradəsi və müqaviməti ilə formalaşır.
İnqilabın Rəhbəri İran xalqını birliyini qorumağa və düşməni məyus edəcək şəkildə mövqeyini nümayiş etdirməyə çağırıb. Onun sözlərinə görə, düşmənin məyusluğu milli birliyin, güclü iradənin və xarici təzyiqlər qarşısında möhkəm dayanmağın nəticəsidir.
Ayətullah Xamenei 22 Bəhmən yürüşünün İran xalqının İslam Respublikasına sədaqətinin göstəricisi olduğunu qeyd edib və bu ilki mərasimin də İranın güc və əzəmətini bir daha nümayiş etdirəcəyinə ümidvar olduğunu bildirib.
Ayətullah Xamenei televiziya ilə xalqa müraciət etdi