Aralarında tanınmış futbolçu Pol Poqbanın da olduğu 70 idmançı İsrailin futboldan kənarlaşdırılması üçün UEFA-ya müraciət göndərib.
Noyabrın 11-də ictimailəşdirilən və UEFA prezidenti Aleksandr Ceferinə ünvanlanan məktub “Game Over Israel” və “Athletes 4 Peace” kampaniya qruplarının təşəbbüsü ilə hazırlanıb.
Müraciətdə idmançılar UEFA-nı “İsrailin Qəzzada törətdiyi soyqırımı, diskriminasiya və insanlığa qarşı cinayətlərin normallaşdırılmasının qarşısını almaq üçün” İsrailə qadağa tətbiq etməyə çağırıblar.
UEFA müraciətə hələ cavab verməyib.
Sentyabrda yayılan məlumatlara görə, UEFA-nın İcraiyyə Komitəsinin çoxluq təşkil edən üzvləri İsrailin kənarlaşdırılmasını dəstəkləyirmiş. Bu məsələnin sentyabrın sonunda səsverməyə çıxarılması gözlənilsə də, ABŞ-nin Qəzzada atəşkəs planı irəli sürməsindən sonra səsvermə təxirə salınıb.
“Ceferinin İsrailin futboldan kənarlaşdırılması ilə bağlı səsverməni yalnız kağız üzərində olan sülh planına görə ertələməsi ya həddən artıq sadəlövh olmaq, ya da qəsdən göz yummamaq deməkdir”, - “Game Over Israel” kampaniyasının direktoru Aşiş Praşar bildirib.
Keçən həftə İrlandiya Futbol Assosiasiyası İsrailin kənarlaşdırılması ilə bağlı UEFA-ya rəsmi qətnamə təqdim etmək planını təsdiqləyib.
İrlandiyadan əvvəl Norveç və Türkiyə kimi digər UEFA üzvü ölkələr də İsrailin Avropa yarışlarından uzaqlaşdırılmasına çağırış ediblər.
"İsrailin futbol liqalarında işğal olunmuş Fələstin ərazilərindəki qeyri-qanuni yaşayış məntəqələrindən komandaların iştirak etməsi beynəlxalq hüququn əsas prinsiplərinin pozulmasıdır. UEFA-nın İsrail Futbol Assosiasiyası ilə əlaqəsi, maliyyə dəstəyi verməsi və İsrail komandalarına beynəlxalq turnirlərdə oynamağa icazə verməsi o deməkdir ki, UEFA bu pozuntuların həyata keçirilməsini asanlaşdırır və özü də məsuliyyət daşıyır", - idmançılar müraciətdə qeyd edib.
Müraciətçilər arasında Poqbadan başqa tanınmış futbolçular - “Fulham”ın hücumçusu Adama Traore, mərakeşli Hakim Ziyeç, hollandiyalı hücumçu Ənvər El Qazi və “Leicester City”nin sabiq baş məşqçisi Naycel Pirson da var.
Müraciəti imzalayanların hamısı futbol ictimaiyyətindən deyil, siyahıda peşəkar kriketçi və boksçular da yer alıb.
70 idmançı İsrailin futboldan kənarlaşdırılması üçün UEFA-ya müraciət edib