“Qarabağ” səfərdə İspaniya klubuna məğlub oldu

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçirilən III tur oyunu başa çatıb.

"San Mames" stadionunda təşkil olunan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade, rəqibdə isə Qorka Quruseta ( 2 qol ) ilə Robert Navarro fərqləniblər .

Hazırda aktivində 6 xal olan Qurban Qurbanovun komandası 10-cu pillədə qərarlaşıb. Bilbao klubu isə 3 xalla 21-ci yerdədir.