Premyer Liqa: “Yunayted” “Çelsi”ni məğlub edib

İngiltərə Premyer Liqasında V turun oyunları davam edir.

"Mançester Yunayted" doğma meydanda "Çelsi"ni qəbul edib.

Hər iki komanda matçı 10 nəfərlə tamamlayıb. Qarşılaşma "qırmızı şeytanlar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İngiltərə Premyer Liqası

V tur

20:30. “Mançester Yunayted” - “Çelsi” - 2:1