İspaniyada ifrat sağçı “Vox” partiyasının təşəbbüsü ilə müsəlmanlara ölkə tarixində ilk dəfə olaraq dini bayramlarını ictimai yerlərdə qeyd etmək qadağan edilib.
Cənubdakı Mursiya əyalətinin Cumilla rayonunda sağçı Xalq Partiyası (PP) və ifrat sağçı Vox partiyasının koalisiyası müsəlmanlara dini bayramlarını ictimai yerlərdə qeyd etməyi qadağan edib.
Cumilla bələdiyyəsində yeganə təmsilçi olmasına baxmayaraq, kənardan dəstək verməklə PP-ni hakimiyyətdə saxlayan ifrat sağçı Vox partiyası İslam əleyhinə təşəbbüsü irəli sürüb.
PP-nin bələdiyyə şurasına təqdim etdiyi və "Cumillanın ənənəvi dini dəyərlərini və şəxsiyyətini müdafiə etmək üçün təşviqedici fəaliyyətləri" ehtiva edən təklif Vox-un təzyiqi altında İslam əleyhinə mətnə çevrildikdən sonra qəbul edilib.
Cumilla bölgəsində yaşayan müsəlmanlara 2026-cı ildən dini bayramları ictimai yerlərdə qeyd etmək qadağan edilib.
Təxminən 27,000 əhalisi olan Cumilla, əksəriyyəti Mərakeşli olmaqla, təxminən 1,500 müsəlmana ev sahibliyi edir.
Bölgədəki müsəlmanlar Ramazan və Qurban bayramlarında bayram namazlarını qılar, Fitr bayramını “Cumilla” gimnaziyasında qeyd edirdilər.
Bölgədəki müxalifətin solçu partiyaları Jumilla Bələdiyyəsini İspaniya Konstitusiyasını və İspaniya Dövləti ilə İspaniya İslam Komissiyası arasında 1992-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsindəki dini azadlıqlarla bağlı maddələri pozduğuna görə qətiyyətlə pisləyiblər.
Podemos-Birləşmiş Sol ittifaqı bəyanatında bu qərarı “İspaniya Konstitusiyasında təmin edilən fundamental hüquqlara, xüsusən də din və ibadət azadlığını təmin edən 16-cı maddəyə birbaşa hücum” kimi qiymətləndirib.
Qərar "islamafobik irqçilik və ksenofobiyanın bariz nümunəsi" olaraq xarakterizə edilib və Podemos-Birləşmiş Sol ittifaqı qərarın ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəyini açıqlayıb.
İfrat sağçı Vox, "İspaniyada İslam bayramlarının ictimai yerlərdə qeyd olunmasını qadağan edən ilk qərar təsdiqləndi. İspaniya xristian kökləri olan bir ölkədir və həmişə belə qalacaq" deyib.
Rəsmi məlumatlara görə, İspaniyada 2,5 milyondan çox müsəlman yaşayır. Qeyri-rəsmi rəqəmlər bu rəqəmin 3 milyon olduğunu göstərir.
İspaniya müsəlmanlara dini bayramları ictimai yerlərdə qeyd etməyi qadağan edib