İraqda Ərbəin mərasimi üçün xüsusi təhlükəsizlik tədbirləri görülüb

İraqlı mənbələr ölkədə Ərbəin mərasiminin rahat keçməsi üçün xüsusi təhlükəsizlik tədbirlərinin görüldüyünü və ölkənin təhlükəsizlik qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb.

İraq təhlükəsizlik mənbəsi cümə günü bildirib ki, İraq təhlükəsizlik qüvvələri Ərbəin mərasiminə hazırlıq çərçivəsində gələn həftənin ortalarından etibarən yüksək hazırlıq vəziyyətində olacaqlar.

Bağdad və digər vilayətlərdə Ərbəin mərasimi üçün xüsusi təhlükəsizlik tədbirlərinin 4 avqust 2025-ci il bazar ertəsi günündən etibarən həyata keçiriləcəyini bildirən mənbə, "Bütün təhlükəsizlik və hərbi qüvvələr yüksək hazırlıq vəziyyətində olacaq" deyib.