Kazimeyndə İmam Sadiqin (ə) şəhadəti münasibətilə matəm yürüşü keçirilib

Kazimeyndə İmam Sadiqin (ə) şəhadəti münasibətilə matəm yürüşü keçirilib.

Altıncı imamın şəhadəti münasibətilə “Bağdad Hüseynçi İcması” tərəfindən təşkil olunan yürüşün iştirakçıları  “Bab əl-Murad” küçəsindən başlayaraq İmam Kazim (ə) və İmam Cavadın (ə) hərəminə doğru hərəkət edib.

Bu münasibətlə zəvvarlar və yürüş iştirakçıları üçün ehsan paylayan müxtəlif könüllü qruplar da fəaliyyət göstərib.