Qardaşlarımızdan ricamız aclığı sonlandırmaq, bundan sonrakı mərhələlərdə də eyni operativliyi xahiş etməkdir

Azərbaycanda sionizmin təsirləri artıq geniş bir məcra alaraq milli və dini dəyərləri təhdid etməyə davam edir. Zamanla yaşanan bir çox hadisələr eyni mənbədən və geniş dairəni əhatə edərək böyük dəyişikliklərə hesablanıb. Vaxtında və dəqiq addımlar bu planların bir çoxunu boşa çıxarsa da, düşmən öz məkirli addımlarında israrlıdır.
Son təhlükəsizlik orqanları ilə bağlı inanclı xanımın təhdid olunması da bu qəbil ixtişaş və parçalanmaya hesablanmış addımlardan idi. Bu prossesdə aydın çizgilər təkcə düşmənin hədəfini müəyyə etmədi, eyni halda ifşasına da səbəb oldu.
Bu nöqtədə əzimkarlıq göstərən, rəşadətli qardaşlarıma öz minnətdarlığımı bildirirəm. Onların aclıq aksiyası keçirməsi dəyərlərə sədaqətin bariz nümunəsi idi ki, bir çox məkirli planları alt-üst etdi. Ricamız aksiyanı davam etdirən qardaşlarımızdan aclığı sonlandırmaq, bundan sonrakı mərhələlərdə də eyni operativliyi göstərməyi xahiş etməkdir.
Planlaşdırılmış oyunların iştirakçısı olaraq bizi bu məsələlərdə vasitə etmək istəyənlərə isə bildiririk ki, biz nə zaman hansı addımı atacağımız barədə qərarı özümüz rassional olaraq vermək qüdrətindəyik.
Biz Allahın yardımı ilə bütün maneələri aşacaq və həqiqətin qələbə çalacağı bir səhərin gerçəkləşməsi üçün ümid edir, çalışır və dualar edirik. Vəd olunmuş o günün gəlişi mütləq baş verəcək.
 
 
Hacı Tale Bağırzadə