İsrail Qəzzada 4 fələstinli öldürüb

Qəzza şəhərinin şərqində İsrail Ordusunun bölmələrinin yerləşdiyi ərazi yaxınlığında fələstinlilərə atəş açılıb.

Bu barədə Fələstin mediası məlumat yayıb.

Nəticədə 3 nəfər ölüb.

Digər olay Xan Yunis şəhərinin şərqində, Əl-Karar qəsəbəsində baş verib. Nəticədə bir fələstinli qadın ölüb.

Qeyd edək ki, bundan öncə İsrail Ordusu fələstinliləri israilli hərbçilərin olduğu sərhəd və bufer bölgələrə yaxınlaşma iddiası edərək onlara atəş açmışdı.