Qəzzada müqavimətin canlılığı ilahi vədin yerinə yetirilməsidir

İslam İnqilabının Rəhbəri Qəzzada müqavimətin uğurlarına toxunub və işğalçı rejimin heç bir məqsədinə nail olmadan HƏMAS ilə atəşkəs imzalamağa məcbur edilməsini ilahi vədin təzahürü kimi qiymətləndirib.

Ayətullah Seyid Əli Xamenei yüzlərlə sahibkar, sərmayəçi və iqtisadi fəal ilə görüşündə özəl sektorun tərəqqi və təşəbbüslərini ümid və hərəkət mənbəyi kimi səciyyələndirib və medianın bu işdə əhəmiyyətini vurğulayıb.

“Bizim əhəmiyyətli bir media səyinə ehtiyacımız var. Sizin burada bildirdiyiniz və bizim də eşitdiyimiz bu hadisələrdən gənclərimiz və tələbələrimiz xəbərdardırmı? Biz tərəqqi və arzuların gerçəkləşməsi ilə bağlı kifayət qədər yaxşı deyilik. Bu, medianın səyini tələb edir və ayrıca bölmədir, onlar oturub bu haqda danışıb, düşünməlidirlər” deyib.

İnqilab Rəhbəri BRİKS kimi forumlarda iştirakın da vacib olduğunu bildirərək, bu böyük fürsətdən maksimum yararlanmaq üçün ölkənin diplomatik orqanlarının fəaliyyətinin zəruriliyinə işarə edərək: “BRİKS maliyyə sistemi, üzv ölkələrin valyutaları ilə maliyyə mübadiləsini təmin edən əhəmiyyətli bir tutumdur” deyə əlavə edib.

Dolların kommersiya birjalarından mümkün olduğu qədər uzaqlaşdırılması lazım olduğunu ifadə edən İnqilab Rəhbəri: “Prezidentin də izlədiyi bu iş böyük və əhəmiyyətli bir iş, iqtisadi kampaniyada çox qətiyyətli bir addımdır. Mərkəzi bank digər valyutaların ayrılması üçün də yer açmalıdır. Bu, təbii ki, reaksiyalar gətirəcək, lakin ölkənin əlini gücləndirəcək” bildirib.

İnqilab Rəhbəri çıxışının başqa bir hissəsində Qəzzada əldə edilən atəşkəs və qələbəni müqavimətin canlı olduğuna dair uzaqgörənliyin bariz göstəricisi kimi qiymətləndirərək, “Dünyanın gözü qarşısında Amerika kimi nəhəng bir döyüş maşını, humanitar anlayışlara məhəl qoymayan, qəddar və qaniçən sionist rejiminə deşici bombalar verir və bu zalım 15 min uşağı evlərində və xəstəxanalarında bombalamasına baxmayaraq, rejimin məqsədlərinə çata bilməməsi əfsanəvidir” əlavə edib.

Ayətullah Xamenei ABŞ-ın dəstəyi olmasaydı, rejimin ilk həftələrdə diz çökəcəyini vurğulayaraq əlavə edib: “Bu bir ildə rejim Qəzzə kimi kiçik bir ərazidə mümkün qədər çox cinayət törədib, evləri, xəstəxanaları, məscidləri və kilsələri bombalayaraq HƏMAS-ı məhv edəcəyini iddia edən iyrənc addımlar atdı. Lakin sonunda HƏMAS-la danışıqlar masasına oturub atəşkəs şərtlərini qəbul etməyə məcbur oldu.”

Ayətullah Xamenei Qəzzada müqavimətin canlılığı və qələbəsini müqavimət göstərənlərə ilahi qələbə vədinin nümunəsi kimi xarakterizə edərək deyib: “Allah harada ki, saleh bəndələri ilə birlikdədirsə, qələbə mütləqdir”.

İslam İnqilabının Rəhbəri İranın zəifləməsi ilə bağlı iddia və illüziyalara toxunaraq: “Kimin zəiflədiyini gələcək göstərəcək. Necə ki, Səddam İranın zəif olduğunu düşünərək işğala başladı və Reyqan bütün gücü ilə ona kömək etdi, lakin bütün xəyalpərəstlər İranın gücünü artırdığını gördülər, bu ilahi əmrin təkrarlandığını görəcəklər” bildirib.