“Əyyami Fatimiyyə” nədir?

Az.shafaqna.com “Əyyami Fatimiyyə” nədir?” və ya “Əyyami Fatimiyyə nə deməkdir?” sualına qısa cavab mətni hazırlayıb.

Təqdim edirik:

“Əyyami-Fatimiyyə” (Ərəb dilindən tərcümədə “Fatimə (s.ə) Günləri”) və ya “Əyyami Fatimiyyə”  ifadəsi, Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadətini qeyd etmək üçün müəyyən edilmiş xüsusi dövrü əhatə edir.

Bu dövr, bəzi rəvayətlərə görə, iki fərqli tarixlə qeyd edilir: Birinci rəvayətə görə, Xanım Fatimeyi Zəhra (s.ə) Peyğəmbərimizin (s.a.v) vəfatından 75 gün sonra dünyadan köçmüşdür. Digər rəvayətə əsasən isə, o, Peyğəmbərin (s.a.v) vəfatından 95 gün sonra fani dünya ilə vidalaşmışdır.

Bu hesabla, Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadəti Cəmadiul-Əvvəl ayının 13-ü və Cəmadius-Sani ayının 3-ü olaraq qeyd edilir. Bu iki tarixin arasındakı 20 gün isə “Əyyami-Fatimiyyə” adlandırılır. Bu 20 gün ərzində, Xanım Fatimeyi Zəhra (s.ə) üçün matəm mərasimləri keçirilir, əza məclisləri təşkil olunur və bu dövrdə şadlıq və bayram tədbirləri təxirə salınır.