BBC əməkdaşlarından rəhbərlikə Qəzza çəkişməsi

Britaniyanın BBC telekanalı Qəzzadakı müharibə ilə bağlı israilyönlü reportajlarına görə işçilərindən reaksiya alıb. BBC-nin 100-dən çox əməkdaşı məsələ ilə bağlı quruma məktub göndərib. Məktubda administrasiya “dəlillərə əsaslanan dəqiq jurnalistika”nın olmamasına görə tənqid edilib.

Ötən gün BBC-nin baş direktoru Tim Davie və CEO Deborah Turness-ə göndərilən məktubda deyilir: "İsrailin öz hərəkətlərinə görə cavabdeh olması üçün redaksiyada fundamental jurnalistika prinsipləri yox həddinə endirilib".

BBC-nin adı açıqlanmayan 100-dən çox əməkdaşı ötən gün ilk dəfə The Independent qəzetinin dərc etdiyi məktubu imzalayanlar arasındadır. İmzalayanlar arasında media sənayesindən olan 200-dən çox insan, həmçinin tarixçilər, aktyorlar, akademiklər və siyasətçilər var.

"Qeyri-adekvat reportajın nəticələri əhəmiyyətlidir. İsrailin iddialarını ciddi şəkildə şübhə altına almayan hər bir televiziya xəbəri, məqalə və radio müsahibəsi fələstinliləri sistematik olaraq insanlıqdan çıxarır", - məktubda deyilir.

İmzalayan tərəflər BBC-ni “İsrailin xarici jurnalistlərə Qəzzaya giriş icazəsi vermədiyini təkrarlamağa; İsrailin iddialarını dəstəkləmək üçün kifayət qədər dəlil olmadıqda açıq şəkildə bildirməyə; İsrailin cinayətkarın harada olduğunu məqalə başlıqlarında açıq şəkildə göstərməyə; 2023-cü ilin oktyabrından əvvəl tarixi konteksti düzgün şəkildə daxil etməyə" şağırıb.

Məktubda BBC, İTV və Sky kimi Britaniya KİV-lərinin “yüksək ictimai etimaddan bəhrələndikləri” və “dəlilləri qorxmadan təqib etmək vəzifəsi” olduğu vurğulanır.

BBC-nin lisenziya rüsumları hesabına maliyyələşdiyini xatırladan məktubda qeyd edilir ki, təşkilatın öz redaksiya standartlarının aşınması onun qərəzsizliyi və müstəqilliyi üçün ciddi risklər yaradır.

 

BBC tənqidi qəbul etmir

Məktubun ardınca BBC rəhbərliyi Qəzzadakı müharibə ilə bağlı xəbərlərini müdafiə edən bəyanatla çıxış edib.

Əvvəlki gün Britaniya mətbuatında çıxan xəbərə görə, BBC sözçüsü, "Səhv etdikdə və ya xəbər vermə üsulumuzu dəyişdirdikdə, bununla şəffaf şəkildə məşğul oluruq" deyib.

Sözçü əlavə edib: “Biz izləyicilərimizlə, həmçinin Qəzzaya girişin olmaması və Livanın bəzi hissələrinə girişin məhdudlaşdırılması da daxil olmaqla, reportajımızdakı məhdudiyyətlər və jurnalistləri bu ərazilərə cəlb etmək üçün davam edən səylərimiz barədə çox açıq danışırıq”.