Yaxın günlərdə əfv sərəncamı gözlənilirmi?

8 noyabr “Zəfər Günü” əfv sərəncamının olma xəbərinin gündəmə gəlməsi təsadüfi deyil. Son günlər bəzi həbsxanalarda yaranan canlanmalar, hətta ərizə ilə məhbuslara müraciətlər belə bir xəbərin yayılmasına yol açıb. Əfv üçün ərizə alınanlara müəyyən zaman deyilməsə də, lakin sənəd bir ümid olaraq məhbusların yaxın zamanda azadlığa qovuşmaq kimi arzularını çiçəkləndirib. 

Əfv sərəncamı ilə bağlı kommisiya üvzü Əliməmməd Nuriyev danışaraq onun yaxın günlərdə imzalanmasını real hesab etməyib. O, bildirib ki, bunun üçün müəyyən prosedur olaraq komissiya toplanmalı və sənədlərin müzakirəsi aparılmalıdır ki, o da bu günə qədər gerçəkləşməyib. Qalan zamanın  məhdudluğu komissiyanın toplanması və sənədlərin araşdırılmasını mümkünsüz edir. 

Əfv sərəncamını COP 29 ərəfəsi gündəmə gəlməsini təsadüfi saymaq da olmaz. Öncədən buna diqqət yönəltmək lazımdır ki, əfv üçün sənədi alınan şəxslərin mütləq əksəriyyəti narkotiklərlə şərlənən siyasi məhbuslardır. Lakin onların siyasi məhbus siyahısında yer alması təzə deyil. May ayında imzalanan sərəncam zamanı da onlar siyasi məhbus kimi tanınaraq həbsxanada idilər. Lakin nədənsə o zaman sərt təpki ilə siyasi məhbuslardan narkotik ittihamlı bir nəfəri olsun səfəncama salınmadı.

 Əsasən siyasi məhbusların mütləq əksəriyyəti bu siyahıdan kənar qaldı. O zamandan bu günə nəyinsə dəyişməsini düşünmək isə sadəcə gülünc olardı.
Bəlli, Qərbin son dövrlər artan təzyiqi və COP 29 ərəfəsi problemlərin aradan qalxması kimi fikirlər də əfvin imzalanmasına ehtimalı artırır. Lakin, bu ərəfə həbslərin durmadan davam etməsi, reperessiyaların eyni tempdə artması bütün bunların da baş vermə imkanlarını sual altına alır.

 Qalır son variant, daxili adutoriyaya hesablanan şou. Belə bir sual yarana bilər ki, axı hakimiyyət üçün maraqlı olmayan daxili adutoriyanın fikiri birdən birə niyə maraq doğursun ki?

Bunun cavabı sadədir, hakimiyyət COP ərəfəsi mətbuatdan beynəlxalq təşkilatlara qədər yarana biləcək istənilən problemdən sığortalanmağa çalışır.

 Xüsusi olaraq həbsxanalardan baş qaldıra bilən etirazların siyasi arenada təsirini hesablayanlar belə bir problemdən sığortalanmaq üçün həbsxanalarda əfv sərəncamına ərizə sənədləri paylaşmaqla bu məsələdə ehtiyat tədbiri görmüş olurlar. 

Əlbəttə, məhbusun və onun ailəsinin belə bir xəbərdən necə ümidləndiyini, sonradan gerçəkləşməyəcəyi halda yaratdığı acını hiss etməyənlər üçün maraqlı olan yalnız hakimiyyətin narahatlığıdır.