“Azel” TV saytının rəhbəri Əfqan Sadıqovun məhkəməsində Gürcüstan Sosial Ədalət Mərkəzi onun ev dustaqlığına buraxılması barədə vəsatəti dəstəkləyib.
Bundan əlavə, Gürcüstanın 6 media orqanı zamin kimi çıxış edərək bildirib ki, Sadıqov azad olunarsa, gizlənməyəcək, Turan-a Mərkəzin proqram direktoru Tamta Mikeladze bildirib.
O qeyd edib ki, Sosial Ədalət Mərkəzi Sadıqovun qanuni maraqlarını təmin edir və vəkilləri onun müdafiəsinə cəlb edib.
"Sosial Ədalət Mərkəzi məhkəməyə sübutlar təqdim edib. Bir tərəfdən, bunlar Azərbaycanda Əfqan Sadıqovun ünvanına ittihamların açıq-aşkar əsassız olduğunu sübut edir, digər tərəfdən, onun peşə fəaliyyətilə əlaqədar Azərbaycan hakimiyyəti tərəfindən ayrı-seçkilik təqibinə məruz qalmasına dair tamamən əsaslandırılmış fərziyyəni göstərir. Bundan əlavə, təşkilat tibbi sənədlər təqdim edib ki, bu da qanunsuz həbs edilmiş jurnalistin səhhətinin ağır olduğunu, onun qaçması və ədalət mühakiməsinin həyata keçirilməsinə mane olması barədə bəhanələrin yersiz olduğunu göstərir", - Mikeladze bildirib.
Azərbaycanda jurnalistlərin və fəalların hüquqi vəziyyətinin olduqca mürəkkəb və kritik olduğu şəraitdə məhkəmə nəzərə almalıdır ki, əfqan Sadıqovun Azərbaycana ekstradisiyası onun hüquqlarının pozulmasına səbəb ola bilər.
Lakin məhkəmə müdafiə tərəfinin və Əfqan Sadıqovun zaminlərinin dəlillərini qəbul etməyərək onu həbsdə saxlayıb.
Turan.az
Gürcüstanın qeyri-hökumət təşkilatları və media Əfqan Sadıqovun müdafiəsinə qalxıblar