Tel-Əvivdə 50 İsrail hərbçi yaralandı, 6-sı öldürüldü

Sürücü idarə etdiyi yük maşınını Təl-Əvivin Gillot yol kəsişməsində onlarla israil əsgərin üzərinə sürüb.

Nəticədə 50 sionist hərbçi yaralanıb, ən azı 6 sionist hərbçi isə ölüb.

Təl-Əvivdə yük maşını əməliyyatı zamanı yaralananların hamısı rejimin hərbçiləridir.

Sürücü silahlılar tərəfindən qətlə yetirilib. Sürücünün kimliyi və hansı məqsədə görə bu addımı atması haqqında heç bir məlumat verilmir.