Ynet: “İsrail İraqa hücum planlaşdırır”

İsrail ordusu oktyabrın 4-də İraqdan işğal altındakı Colana pilotsuz təyyarənin buraxılması nəticəsində 2 İsrail əsgərinin öldüyünü, 23 əsgərin isə yaralandığını açıqlayıb.

İbranicə yayımlanan “Ynet” internet saytı bu gün (şənbə günü) yazıb: İraqdan işğal altındakı Qolana pilotsuz təyyarənin buraxılması zamanı iki əsgərin öldürülməsi və çoxlu sayda insanın yaralanmasından sonra İsrail İraqdakı silahlı qruplaşmalara qarşı tədbir görməyi planlaşdırır.”

İlk dəfədir ki, İraqdan pilotsuz təyyarələrin buraxılması əməliyyatı çoxsaylı İsrail qüvvələrinin ölümü ilə nəticələnir.

“Müqayisə üçün qeyd edək ki, Yəməndən atılan raket bir israillini öldürdüyü zaman İsrail ordusu Yəmənin Hudeydə limanına hücum edib. Eyni düşüncə ilə də İsrail İraq üçün uyğun addımı nəzərdən keçirir” deyə nəşr yazır.

İraqdakı İslam müqaviməti İsrailin daha da dərinliklərinə hücum edəcəklərini açıqlamışdı.