Əliyev rejiminin sərt tənqidçisi Vidadi İsgəndərli çoxsaylı bıçaq zərbələri alıb

Mühacirət həyatı yaşayan Vidadi İsgəndərov silahlı hücuma məruz qalıb. Bu barədə məlumatı Qənimət Zahid paylaşıb. Onun bildirdiyinə görə Vidadi İsgəndərovun vəziyyəti ağırdır.
"Fransada, Mülyuz (Mulhouse) şəhərində yaşayan Vidadi İsgəndərli bu gün səhər saatlarında naməlum adamların hücumuna məruz qalıb. Hücum edənlər səhər saat 7.30 radələrində onun yaşadığı evin pəncərəsini qıraraq içəri giriblər və Vidadi İsgəndərliyə çoxsaylı bıçaq zərbələri vurublar. V. İsgəndərli indi reanimasiyadadır, durumu ağır olaraq qiymətləndirilir."