Nəsrullahdan sonra Hizbullahın mümkün lideri Haşim Səfiyuddin kimdir?

Həsən Nəsrullahın əmisi oğlu və Qasım Süleymaninin qudası Haşim Səfiyuddin Hizbullahın rəhbərliyinə keçəcəyi gözlənilən əsas namizədlərdən biridir.

Livanın böyük hissəsinə nəzarət edən Hizbullah təşkilata 30 il rəhbərlik etmiş Həsən Nəsrullahın cümə gecəsi İsrailin hava zərbələri nəticəsində şəhadətini təsdiqləyib.

Nəsrullahın ölümündən sonra təşkilatın başına keçəcəyi gözlənilən adlardan biri də Haşim Safiyuddindir.

Safiyuddin 1964-cü ildə Livanın cənubundakı Deyr Qanun Əl-Nəhr şəhərində anadan olub. Livanın tanınmış ailələrindən birinə mənsub olan Safiyuddin gənclik illərində İranın Qum şəhərində dini təhsil alıb. Hizbullahın keçmiş təhlükəsizlik rəhbəri İmad Muğniyənin rəhbərliyi altında Safiyuddin Həsən Nəsrullah üçün əhəmiyyətli simalardan birinə çevrilib. 1994-cü ildə Beyruta qayıdan Haşim Hizbullah İcraiyyə Şurasının sədri vəzifəsində çalışmağa başlayıb. Təşkilatın icra rəhbərliyini təmsil edən Haşim onun daxili işlərinin idarə olunmasına nəzarət edən mühüm vəzifə daşıyıb.

Safiyuddin üç onillik ərzində Hizbullahın ikinci komandiri olub.

2017-ci ildə Birləşmiş Ştatlar (ABŞ) partiyadakı görkəmli rolu və həm hərbi, həm də icraçı qanadlarla sıx əlaqələri səbəbindən Safiyuddini "terrorçuluq" siyahısına daxil edib.

Səfiyuddinin işləri təkcə Livanla məhdudlaşmayıb. Qumda işləməsi və Ali Şiə İslam Şurasının üzvü Seyid Məhəmməd Əli Əl-Əminin qızı ilə evlənməsi onu İranla bağlayan amillərdən sayılır. Bundan əlavə, oğlu Rza 2020-ci ildə İran İnqilab Keşikçiləri Korpusunun lideri Qasım Süleymaninin qızı Zeynəb Süleymani ilə evləndikdən sonra bu əlaqələr daha da möhkəmlənib.

İcraiyyə Şurasının sədri kimi Safiyuddin Hizbullahın maliyyə müstəqilliyini təmin etmək üçün investisiyalarının idarə olunmasında əsas rol oynayıb. Bu investisiyalar dünyanın müxtəlif regionlarında, o cümlədən ərəb dünyası, Afrika, Avropa və Latın Amerikası üzrə milyardlarla dollar dəyərindədir.

Haşim Səfiyuddin İranın Qum şəhərində təhsil aldığı müddətdə İran İslam İnqilabının siyasi və mənəvi lideri Ruhullah Xomeyninin irəli sürdüyü “Vilayəti fəqih” nəzəriyyəsindən təsirlənmiş və onun ən görkəmli tərəfdarlarından biri olmuşdur. O, yazılarının birində bu nəzəriyyənin islami hərəkatların birləşməsində və təfriqələrin aradan qaldırılmasında rolundan bəhs etmişdir.

Vilayəti fəqih İslamında mühüm bir məfhumdur və “fəqihin (İslam hüquqşünasının) inzibati hakimiyyəti” mənasını verir. Nəzəriyyə İmam Mehdinin (ə.f.) qeyb dövründə “İslam hüququnu ən yaxşı bilən fəqihin dini və siyasi rəhbərliyi öz üzərinə götürməli olduğunu” iddia edir.

Başqa sözlə desək, vilayəti fəqih “İslam ümmətinin idarəsinin ədalətli və elmli bir fəqih tərəfindən həyata keçirilməli olduğunu” iddia edir.