Ədliyyənin həbsxana siyasətində qanunsuzluqlar haqqında geniş faktlar bu sahədə olduqca kritik vəziyyətin hakim sürdüyünü göstərir. Acınacaqlı hal budur ki, erməni dustaqlarına yaradılan şərait, tanınan haqqın əksi olaraq öz ölkəsində məhbus olan insanlara nəinki hüquq, hətta penitensiar tərəfindən hər növ işgəncələr yaşatmaqda təkidlidir. Bunun isə yalnız bir səbəbi var, qohumluq siyasəti vəzifəyə təyin edilən rəhbər işçilərin cəzalanmayacağı bir həqiqəti onun öz vətəndaşına, dustaq şəxslərə qarşı amansız rəftarına zəmin yaradır.
Bir müddət öncə sizə 12 saylı cəzaçəkmə müəssisəsində haqqının tələbi səbəbindən işgəncələrə məruz qalan Kamran Hüseynli, Fuad Əsgərov, Rafiq Şahverdiyev, burnu sındırılan Rasim Məsiyev, ayaq barmağını kəsərək təzyiqlərə diqqət çəkən Əli Cəfərov, özünü pəncərə şüşəsi ilə doğrayan İsmayıl Cəfərov barəsində xəbər vermişdik. Bu kimi faktlar həbsxanalarda yetərincə çoxdur və cəzasızlıq mühitində davam edəcəyi də şübhəsizdr.
Belə bir təzyiqi siyasi məhbus Seyfəddin Şirvanov son günlər cəza çəkdiyi 15 saylı müəssisədə öz ünvanına daha ciddi formada yaşamağa başlayıb. Əksər dustaqlara yaradılan şəraitdən fərqli olaraq daima məhdudiyyətlər, süni qadağalarla üzləşən Seyfəddin Şirvanov baş verən haqsızlıqlarla bağlı müəssisə rəhbərliyini xəbərdar da edib. Lakin rəhbərlik hər dəfə bir bəhanə düşünərək qadağaların qüvvədə qalmasına üstülük verib.
Görüş problemləri, bəzən sovqatların çatdırılması, son dövrlər isə inancı səbəbindən təzyiqlər yaşayan ilahiyyatçı rəhbərlik tərəfindən gah “maddənə görə qadağan var”, bəzən “yuxarıdan tapşırıq belədir” kimi bəhanələr eşitsə də, son dəfə rəis ona bildirib ki, heç bir qadağa yoxdur. O, bunu özü istəyir və istədiyi kimi də edəcək.
S. Şirvanov mövcud şəraitdə etirazının psixoloji, fiziki işgəncədən fərqli olaraq şərlənmək kimi düşünülmüş addım ola biləcəyini ehtimal edir.
“Mənim haqqım olan hüquqlarımın tələbi qarşı tərəfin məni şərləyəcəyini söyləməyə əsas verir. Rəhbərliyin aşkaranə qadağaları öz istəyi, şəxsi göstərişi əsasında icrasını söyləməsi, növbəti mərhələdə ağırlaşdırıcı hal olaraq cinayət işinə cəlb olacağım ehtimalını möhkəmlədir. Əlaqədar təşkilatlardan belə bir təhlükə altında olduğumu bildirərək bu işə diqqət göstərmələrini onlardan istəyirəm.”
Şirvanov Seyfəddin Nurulla oğlu Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin üzvüdür. O, 2015-ci il 26 noyabr “Nardaran hadisələri” zamanı saxlanılıb və barəsində ona yaxın maddə ilə cinayət işi açılıb. “Nardaran işi 2” şərti ad altında məhkəməsi baş tutan 12 nəfərlik dəstədə yer alan ilahiyyatçı 2017-ci ilin 27 dekabrında 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
2018-ci il aprelin 15-dən o, 15 saylı müəssisəyə köçürülüb və bu günə qədər onun burada qaydalara zidd davranışa görə hər hansı cəzalanması qeydə alınmayıb.
“Hadisələrin gedişi şərlənəcəyimi söyləməyə əsas verir”