Sentyabr ayının 11-də İyulun Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Hacı İlqar Rəcovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Lakin eyni problem, şahidlərin prossesə gəlməməsi səbəbindən məhkəməsi artıq 9-cu dəfədir ki təxirə düşüb.
Ötən məhkəmə prosesində ruhani Hacı İlqar Rəcov, vəkili Elçin Sadıqov və ruhaninin ailə üzvləri şahidlərin məcburi gətirilməsi təmin edilməsi üçün hakimə müraciət etmələrinə baxmayaraq bu iclasda da yenə heç bir şahid məhkəməyə gəlmədi. Müttəhim və vəkili bu dəfə də hakimə öz etirazlarını bildirdilər.
Yaxınlarının bildirdiyinə görə, artıq 1 il 9 aydır məhkəmə prosesi davam edir və polis əməkdaşı olan 6 şahid, onların məcburi məhkəmədə iştirakları haqqında qərar olsa da məhkəməyə gəlmir və bu səbəbdən məhkəmə təxirə düşür.
Hakim şahidlərin məcburi gətirilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edəcəyini bildirib.
Növbəti məhkəmə iclası Oktyabr ayının 9-u saat 16:00-a təyin olunub.
Qeyd edək ki, Ruhani Hacı İlqar Rəcov 2023-cü ilin fevral ayının 1-də inanclıların kütləvi həbsi layihəsi çərçivəsində saxlanılıb və barəsində saxta narkotik ittihamı irəli sürülüb.
İlahiyyatçının məhkəməsi növbəti dəfə təxirə düşüb