Hudeyda limanında gəmi hədəfə alınıb

İngiltərə Yəmənin qərb sahillərində, Bab əl-Məndəb boğazı yaxınlığında, Yəmənin ərazi sularından 63 mil uzaqlıqda dəniz hücumu həyata keçirildiyini açıqlayıb.

İngiltərə Dəniz Ticarət Əməliyyatları Departamenti çərşənbə axşamı günü Əl Hudeyda limanından 63 km uzaqlıqda bir gəminin hədəf alındığını açıqlayıb. Qərb mətbuatının məlumatına görə, bu gəminin heyəti gəmidə partlayış olduğunu açıqlayıb.

Yəmən ordusu indiyədək bu əməliyyatı həyata keçirməsə də, son vaxtlar yəmənlilər Fələstin xalqına dəstək olmaq üçün İsrailə bağlı olan və işğal olunmuş ərazilərə gedən və bu ərazilərdən gələn gəmiləri hədəf almağa başlayıblar.

Son açıqlamada Amerika gəmisinin bölgədə hədəf alındığı açıqlanıb.