Dağıstanda terror aktlarının qarşısı alındı

Rusiya Federasiyası FTX-nin əməkdaşları Daxili İşlər Nazirliyi ilə birlikdə Dağıstanda Kaspiysk şəhərinin üç sakini tərəfindən planlaşdırılan silsilə terror aktlarının qarşısını alıblar. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə kəşfiyyat xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. 

"Kaspiysk şəhərində keçirilən əməliyyat tədbirləri nəticəsində təxribat və terror törətmək niyyətində olan 3 yerli sakin, Rusiya ərazisində qadağan olunmuş beynəlxalq terror təşkilatının tərəfdarları, Rusiya Federasiyasının vətəndaşları müəyyən edilərək həbs ediliblər. Onlar tərəfindən hüquq-mühafizə orqanlarına, eləcə də pravoslav kilsəsinə qarşı tədbirlər planlaşdırılıb", - məlumatda deyilir. 

Həbs edilmiş şəxslərin evlərinə baxış keçirilib, kustar üsulla hazırlanmış partlayıcı qurğular, silah-sursat, şəhər və meşə şəraitində döyüş əməliyyatlarının aparılması üçün təlimatlar aşkar edilib.