İsrail parlamenti binasında etiraz aksiyası

 İsrail parlamentinin ziyarətçilər bölməsində bir qrup tərəfindən təşkil edilən hökumət əleyhinə etiraz aksiyasına təhlükəsizlik qüvvələri müdaxilə edib.

İsrail rejiminin hökuməti, baş nazir Benyamin Netanyahuya qarşı etirazlar davam edir. İsrail parlamentinin iclası zamanı qonaqlar bölməsində bir qrup tərəfindən hökumət əleyhinə etiraz aksiyası təşkil edilib. Qrup hökumət əleyhinə bannerlər açıb pəncərələri döyərək parlamentin iclasını pozub. Təhlükəsizlik qüvvələri qrupa müdaxilə edərək nümayişçiləri zaldan çıxarıblar.

"Bu axşam qonaqlar bölməsində baş verən və parlamentin plenumunda ictimai asayişi pozmağa yönəlmiş ciddi insidenti nəzərə alaraq, parlament komissarı Yuval Çen iğtişaşçılara qarşı şikayət verəcək", - Knesset sözçüsü açıqlamasında bildirib. Aksiyada iştirak edənlərin də parlamentə girişinə qadağa qoyulacağını bildirən sözçü, “İctimai asayişi pozan deputatlara, dəvət etdikləri şəxslərə tətbiq olunacaq sanksiyalarla bağlı Etika Komitəsinə müraciət olunacaq” əlavə edib.

Parlamentdə əvvəllər də dəfələrlə hökumət əleyhdarları və girovların yaxınları tərəfindən etiraz aksiyaları keçirilib.