Bir zamanlar hicabın qadağalanması üçün ölkəmizdə bütün güclərin səfərbər olduğu ortamda reallıqlar artıq başqa həqiqəti ortaya qoyur. Bu gün təhsil və onunla əlaqəli elmin bütün sahələrində inanclı insanların aparıcı rola malik olması, eyni halda etibarlı tərəf olaraq digərlərinə nisbətdə daha çox ehtimad edilməsi heç kəs üçün gizlin deyil.
Dinin ölkə həyatında hansı əhəmiyyətli rola malik olmasını müşahidə də, bu gün hansısa böyük zəka tələb etmir. Əlbəttə, qeyd olunduğu kimi köklü əsaslar, tarixin südgəcindən süzülən dinin mümkün varlığı artıq bir xalq olaraq bizim milli kimliyimizə çevrilib. Elə buna görədir ki, İslam, Əhli-beyt (ə) əhəmiyyətli gücə malik təsir qüvvəsi ilə təkcə maddi deyil, eyni halda mənəvi təsir gücünü artırmaqdadır. Bu da dini dünyaəvi mövcudluqdan fərqləndirən əsas xüsusiyyətdir.
Əgər dünya qanunlarının tamlığı cəza sərhədləri ilə müəyyən olunursa, dinin sərhədləri İlahi eşq, ruhi paklıq kimi gözə görünməz bağlılıqlar üzərindədndir. Buna yol hərəkət qanunlarını misal göstərmək olar. Hər kəs hansı yolda sürət ölçülərinin maksimimunu bildiyi halda əgər yolda müşahidə kamerası və ya polis nəzarətinin olmadığına əmin olsa içində hər hansı bir səbəb düşünüb bu qanunları pozaraq sürət həddini keçəcək. Hətta bunun qanundan kənar olmasından əlavə olaraq onun həyatı üçün necə böyük təhlükə daşıdığını anlasa da, ilk fürsət neqativ addımı müəyyən edərək insana uydurduğu səbəblə qanunu pozmasını gerçəkləşdirəcək.
Dini qanunlar bu formadan olduqca fərqlənir. Qanun ilk olaraq mənəvi yükü özündə ehtiva edir ki, bu qanundan çox ilahi sərhədlərin qorunması, mənəvi eşqin təcəssümüdür. Bu qanunların insanı qadağa və ya əmrindan daha böyük gücə mallikdir. Maddi, dünyəvi qanunlar maddi həyatın şirinliyi müqabilində dünyəvi olduğu üçün təsirlənə və öz ziddinə çevrilə bildiyi halda İlahi qanunlar həmişə Rəbbin razılığı mövzusunu diqqətdə saxladığı üçün heç zaman insanı bu qanunların əleyhinə cəzb etmir. Hətta bunu pozmağa qalxan insanın əməlinin əsas bazası Rəbbi olduğu üçün addığı addım qanunların ziddi deyil, onun daha təhkim hala gətirir.
Dini qanunların görünmədən yaratdığı bağlılıq onun dünyəvi qanundan olduqca güclü olan tərəfidir. Lakin unutmayaq ki, din dünyanın tənzimlənməsi üçün insan oğlunun yaratdığı qanunları, ədalətli dünya düzəninin yaşam tərzini rədd etmir. Hərçəndi dinin nəhayəti İlahi hökmlərin rəhbər olduğu bir dünyadır. Lakin din bunun mümkün həyat varlığı ilə uzlaşdırmaqla tətbiqini düşünür. Bir az və sadə dildə desək insanların hüquqları gözlənilən bir cəmiyyətin dünyəvi qanunları dinin mənəvi sərhədləri ilə ziddiyyət təşkil etmədiyi halda din onu mümkün sayır. Eyni halda bu qanunların icrasının önəmsəyən inanclı bu qanunların icrasında dünyəvilik eşqi ilə yaşayan insandan daha çox uğurlu və təsirlidir. Bunun da əsas səbəbi dinin vicdan, mənəviyyat, əxlaq deyilən xüsusi sərhədlərə malik olmasıdır ki, dünyəvi qanunlar bu sərhədlərin mücərrədlik səbəbindən dərkinə sadəcə acizdir.
Bu mövzuda incə bir məqam yaranan ziddiyyətlərə nöqtə qoymaq üçündür. Heç kəs dünyəvi qanunların vicdan, əxlaq deyilən xüsusiyyətin tanımadığı qənaətində deyil. Lakin dünyəvi qanunların mövzusu əsasən dünya həyatı olduğu üçün o bu dəyərləri çox da diqqətə ala bilmir. Nəticədə əxlaq deyilən mövzu hər şəxsin fərdi baxışları altında fərqli forma ala bilir. Lakin dində vəziyyət fərqlidir. Dinin bütün mövzuları əxlaq, vicdan üzərində, mənəvi çalarlardan nəşət tapdığı üçün din qeyd edilənlərin sərhəddini ən kiçik nöqtəsinə qədər düşünür. Nəticədə dinin vicdan dediyi xüsusiyyət dünyəviliyin vicdan məfhumundan fərqlidir. Dünyəvi qanunlar bunun sərhədlərinə indivüdal yanaşma yaratdığı halda dinin bu sərhədləri dəqiq və sərt, hamı üçün keçərlidir. Bu da dini dünyəvilik məntiqində fərqləndirən ən əsas səbəblərdəndir.
Ardı var
Hədəf İslamdır 8-ci hissə. İndividual yanaşma