Mayın 14-də “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində əməkdaşlıq Sazişi” imzalanıb.
Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzalayıb.
Sazişə əsasən Azərbaycan və Türkiyə bölgədə enerji təhlükəsizliyinin təmin edilməsi və enerji təchizatı mənbələrinin şaxələndirilməsi üzrə əməkdaşlığı dərinləşdirəcək. Sənədin qaz hasil, nəql və istehlak edən ölkələr, onların vətəndaşları və müəssisələri üçün qarşılıqlı fayda verəcəyi qeyd edilib.
Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatında deyilir ki, Türkiyədə iki ölkənin nazirləri araında keçirilən görüşdə Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən genişmiqyaslı enerji layihələrinin regionun enerji təhlükəsizliyinin və Avropa ölkələrinə enerji təchizatı mənbələrinin şaxələndirilməsində mühüm rol oynadığı, iqtisadi inkişafa töhfə verdiyi diqqətə çatdırılıb.
Tərəflər səmərəli enerji əməkdaşlığı, birgə reallaşdırılan layihələr və yeni tərəfdaşlıq imkanlarını müzakirə ediblər. Həyata keçiriləcək yeni işbirliyi istiqamətlərinin Azərbaycan və Türkiyənin strateji maraqlarına xidmət edəcəyinə və hər iki ölkəyə qarşılıqlı fayda gətirəcəyinə əminlik ifadə olunub. Birgə planlar və hədəflərin dostluq və əməkdaşlığa töhfə verəcəyi nəzərə çatdırılıb.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində əməkdaşlıq Sazişi"nin imzalanması ölkələrimizin iqtisadi gündəliyində yeni bir səhifədir. Bölgədə enerji təhlükəsizliyinin təmin edilməsində və enerji təchizatı mənbələrinin şaxələndirilməsində birgə addımlarımız qaz hasil, nəql və istehlak edən ölkələr, onların vətəndaşları və müəssisələri üçün qarşılıqlı faydaları təmin edəcək”, nazir Cabbarov X platformasında yazıb.
Türkiyəynin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar isə X platformasında yazıb ki, İstanbulda görüşdən sonra “dost və qardaş ölkə Azərbaycanla təbii qaz sahəsində yeni əməkdaşlıq müqaviləsi imzaladıq.
Müqavilə çərçivəsində biz Azərbaycan və Türkmənistan qazının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə çatdırmaq barədə razılığa gəldik.
Biz həmçinin TANAP və Bakı-Tbilisi-Ərzurum Təbii Qaz Boru Kəmərinin imkanlarını artırmaq və Avropa ölkələrinə daha çox qaz çatdırmaq üçün birgə işləmək qərarına gəldik.
Görüş münasibətilə ölkələrimiz arasında birbaşa təbii qaz əlaqəsini təmin edəcək İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərini ən qısa zamanda başa çatdırmaq əzmində olduğumuzu da vurğuladıq”, nazir qeyd edib.
Azərbaycan və Türkiyə təbii qaz sahəsində əməkdaşlıq sazişi imzalayıb