Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Türkiyənin millət vəkilləri BMT-nin iclasını tərk ediblər.
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının iclaslarına qatılan Türkiyə Böyük Millət Məclisi (TBMM) heyəti İsrailin Qəzzaya hücumlarını gündəmə gətirib.
Türkiyə Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Konya millət vəkili Selman Özboyacı dünyanın hər yerindən nümayəndə heyətlərinin iştirakı ilə 2 gün davam edən toplantıların əsas mövzusu olaraq “Sülh üçün yeni gündəm”in müzakirə edildiyini bildirərək deyib: “Qəzzaya hücumların müzakirə edildiyi BMT sessiyasında İsrail heyətinin çıxışı zamanı reaksiya olaraq zalı tərk etdik. Bir çox ölkənin nümayəndə heyəti də belə edərək reaksiyamızı dəstəklədiyini göstərdi.
Beynəlxalq ictimaiyyətin qurduğu mexanizmlər Qəzzada ağrıları dindirməlidir.
AK Partiyanın Ərzurum millət vəkili Fatma Öncü Türkiyədə və beynəlxalq səviyyədə əlil və imkansız adamları təmsil edən heyətdə olub və İsrailin Qəzzaya hücumları nəticəsində 15 minə yaxın əngəllinin taleyinə diqqət çəkib.
Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankara millət vəkili Murad Əmir BMT-də iclaslarda İsrailin Qəzzada insanlığa qarşı törətdiyi cinayəti gündəmə gətirdiklərini söyləyərək deyib: “Məhkəmələr tərəfindən bəşəriyyətə qarşı cinayət kimi müəyyən edilən vəziyyət var. Lakin biz görürük ki, beynəlxalq ictimaiyyət, xüsusən də özlərini müasir adlandıran ölkələr hələ də yerindən tərpənmir və heç nə etmir”.
AK Partiyanın Trabzon millət vəkili Yılmaz Büyükaydın da yığıncaqlarda İsrailin qanuna məhəl qoymayan rəftarlarını Türkiyə olaraq qətiyyən qəbul etmədiklərini vurğulayıb.
Türkiyənin millət vəkilləri Qəzzaya görə BMT-nin iclasını tərk ediblər