Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) Livan-İsrail sərhədində yaranan gərginliyə görə narahat olduğunu açıqlayıb.
Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, UNIFIL-dən verilən bəyanata görə, UNIFIL-in komandanı general Aroldo Lazaro Livanın cənubundakı UNIFIL qərargahında İsrail və Livan ordusunun rəsmiləri ilə üçtərəfli görüş keçirib.
Bəyanatda qeyd olunub ki, İsrail-Livan sərhədində yerləşən və BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin nəzarətində olan "Mavi Xətt" sərhədində baş verən pozuntular müzakirə edilib.
Bəyanatda bildirilib ki, general Aroldo Lazaro İsrail və Livan arasında gərginliyə səbəb olan sərhəddə baş verən pozuntulara görə narahat olduğunu qeyd edib və tərəfləri koordinasiya mexanizminə əməl etməyə çağırıb.
İsrailin 1982-ci ildə işğal etdiyi Livanın cənubundan 2000-ci ildə çəkilməsindən sonra 120 kilometrlik sərhədin təhlükəsizliyi UNIFIL-in nəzarətinə keçdi.
Qeyd edək ki, İsrail son vaxtlar sərhəd xəttində xəndəklər qazıb. Bundan əlavə, bir hissəsi Livana aid olan Qacar kəndini işğal edib.
BMT: Livan-İsrail sərhədindəki gərginliyə görə narahatıq