Cavid Allahverdiyevin təzyiq altında ondan alınan ifadəyə etirazına hakim məhəl qoymadı-Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti sifarişli iş

Avqustun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində MBH üzvü Cavid Allahverdiyevin növbəti məhkəmə prosesi keçirilib. Onun yaxınlarının verdiyi məlumata görə bu gün məhkəmə dövlət iddihamçısının tələbi əsasında məhkəmədə Cavid Allahverdiyevin saxlanılan zaman verdiyi ilkin video ifadəsi yayımlanıb. İfadədə Cavid Allahverdiyev narkotik maddənin “ona” aid olduğunu söyləsə də, Allahverdiyev hakimə bütün bu çəkilişlərin ona təyiq altında həyata keçirdiklərini söyləyib. O, narkotik maddələrlə əsla əlaqəsinin olmadığını bir daha məhkəmə və iştirakçıların diqqətinə çatdırıb. Cavid ona cərəyan verilərək daha qəddar zorakılıqlara məruz qoyacaqlarını bildirərək polislərin məcburən onun belə söyləməsini Caviddən tələb etdiyini bildirib. Lakin hakim Cavidin etirazına məhəl qoymadan video ifadənin yetərli sübut olduğunu söyləyib. Hətta hakim Cavidin video görüntüdə rahat və əminliklə narkotik vasitənin ona aid olduğunu “etiraf” etməsini bu işdə hər hansı bir təzyiqin olmaması kimi qiymətləndirib.

Məhkəmə avqustun 16-na qədər ertələnib.

Qeyd edək ki, C.Allahverdiyev islmafobiya, anti şiə, İsrailin anti Aşura layihəsi çərçivəsində genişlənən həbs dalğası zamanı bu ilin martında saxlanılıb O, AR CM-nin 234.4.3 maddəsi (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə ittiham olunur.