Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanverən 169 nəfərdə virus aşkarlanıb.
Nazirlikdən bildirilib ki, Aşura günü ilə əlaqədar keçirilən aksiyalarda 5809 nəfər könüllü olaraq qan verib.
Bu şəxslərdən 2 min 614.1 litr qan tədarük olunub.
Dörd infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı 169 nəfərdə virus aşkarlanıb.
HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb, 44 nəfərdə HbsAg (hepatit B), 76 nəfərdə HCV (hepatit C), 49 nəfərdə isə sifilis aşkar olunub. Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq gaydalara uygun olarag zərsizləşdirilib.
Aşura günü qan verәn 169 nәfәrdә tәhlükәli xәstәlik aşkarlandı
Oxşar xəbərlər