Aşura günü 33 yerdə qanvermə aksiyası keçiriləcək - SİYAHI

Bu il Məhərrəmlik ayında Aşura günü münasibətilə 25 şəhər və rayonda 33 yerdə qanvermə aksiyası keçiriləcək.

Bu barədə Səhiyyə Nazirliyi bəyan edib.

Nazirliyin məlumatına görə, aksiyalar 25 məscid və ziarətgahda, 8 səhiyyə müəssisəsində təşkil olunacaq. Bakıda 8 rayon üzrə 15 yerdə qanvermə aksiyası keçiriləcək. 

Xatırladaq ki, Məhərrəm ayı sentyabrın 1-dən başlayıb, sentyabrın 10-da Aşura günü qeyd ediləcək.

Qanvermə aksiyalarının keçiriləcəyi yerlərin siyahısı: