"Bu gün saat 10:30-dan 14:30-a qədər Xəzər rayonunun Buzovna, Nardaran və Bilgəh qəsəbələrinin bir hissəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq".
Bunu "Report"a açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, fasilə Xəzər rayonu ərazisindəki elektrik veriliş xətlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədardır.
Yaranacaq narahatlığa görə "Azərişıq" abunəçilərdən üzr istəyib.
Xatırladaq ki, 2019-cu ilin əvvəlində Bakının Binəqədi, Xəzər rayonları da daxil olmaqla, ölkənin 10-dan artıq regionuna "Azərişığ"ın texnika ilə yüklənmiş maşın karvanı göndərilib.
Bakının bu ərazisində elektrik enerjisinin verilişində fasilələr yarancaq
Oxşar xəbərlər