Nigeriyada bombanın partlaması nəticəsində 27 nəfər ölüb

Nigeriyada bombanın partlaması nəticəsində azı 27 fermer həyatını itirib.  

Operativtv.com SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb.

Məlumata əsasən, daha bir neçə nəfər yaralanıb. 

Nigeriyada əkinçilər və maldarkar arasında torpaq hüquqları və su ehtiyatlarına çıxışla bağlı tez-tez mübahisələr baş verir. Bu mübahisələr bəzən zorakılıqla müşayiət olunur və silahlı toqquşmalarla nəticələnir.