Netanyahuya qarşı etiraz dalğası böyüyür

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İsrail rejiminin baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi ifrat sağçı koalisiya hökumətinə qarşı hər şənbə axşamları ölkə boyu nümayişlər keçirən israillilər etirazların 9-cu həftəsində yenidən küçələrə çıxıblar.

Təl-Əviv başda olmaqla, ölkə daxilində onlarla yerdə, həmçinin Hayfa, Qərbi Qüds, Birussebi və Netanya kimi böyük şəhərlərdə keçirilən nümayişlərə on minlərlə insan qatılıb. Netanyahunun rəhbərlik etdiyi Likud partiyasının qalası sayılan Bat Yam kimi bəzi kiçik yaşayış məntəqələri də ilk dəfə etiraz aksiyaları keçirib.

Təl-Əviv mitinqində etirazçılar arasında ifrat sağ partiyaların hökumət koalisiyasına qarşı çıxan, onun fələstinlilərə qarşı irqçi siyasətinə qarşı çıxan fəallar və bunun qadın hüquqlarına təhlükə olduğunu düşünən fəallar da olub.