Netanyahu İsraildə “vətəndaş müharibəsi” barədə xəbərdarlıq edib

Bazar günü İsraildə müxalifət liderlərinin tətil və aksiya çağırışları və Netanyahuya qarşı aksiyaların genişlənməsi fonunda baş nazir daxili müharibə barədə xəbərdarlıq edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Netanyahu bunu həftəlik Nazirlər Kabinetinin iclası zamanı deyib.

Netanyahu müxalifəti “dövlətin dağıdılması və vətəndaş müharibəsi ilə bağlı qızışdırıcı şüarlara qapılmamağa” çağırıb və iddia edib ki, o, müxalifətə rəhbərlik edərkən bu cür bəyanatlar hökumətə qarşı yönəlməyib.

“Biz müxalifət liderlərinin də eyni ruhda hərəkət etmələrini gözləyirik”, deyə Netanyahu çağırış edib.

İsrail baş nazirinin bu açıqlaması ötən gün Təl-Əviv küçələrində “demokratiya üçün” adı altında keçirilən və yeni ədliyyə nazirinin elan etdiyi məhkəmə islahatlarını rədd edən hökumət əleyhinə kütləvi nümayişlərdən sonra verilib.

Bu etirazlar, Netanyahunun rəhbərlik etdiyi hökumətin dekabrın 29-da and içməsindən sonra keçirilən ən böyük nümayişdir.