Nazirlik hava dəyişkənliyi ilə bağlı xəbərdarlıq etdi

'Külək şiddətlənəcək, bəzi çaylardan qısamüddətli daşqın keçəcək''

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti noyabrın 30-da havanın kəskin dəyişəcəyi haqda xəbərdarlıq edib.

Departamentin məlumatına görə, sabah axşamdan dekabrın 2-nə qədər Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi noyabrın 29-dan 30-na keçən gecə arabir şiddətlənəcək.

Rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.