NATO qoşunları Belarus və Rusiya sərhədində təlim keçirib

Polşanın Belarus və Rusiya ilə həmsərhəd ərazilərində keçirilən Tumak 22 təlimlərində 2 mindən çox NATO hərbçisi iştirak edib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrinform məlumat yayıb.

Təlimdə polşalılarla yanaşı amerikalı, rumıniyalı və xorvat hərbçilıər iştirak ediblər. Manevrlər zamanı su maneələrinin keçilməsi, hücumun dəf edilməsi və əks-hücum əməliyyatları məşq edilib. Təlimə minədək hərbi texnika cəlb olunub.