Müsavat Partiyasına təkrar qeydiyyatla bağlı Ədliyyə Nazirliyindən mənfi cavab verilib. Nazirliyin məktubunda qeyd edilir ki, təqdim olunan 5 min 212 nəfərlik siyahıda 2 min 766 nəfər haqqında məlumatlar düzgün göstərilmədiyindən dəqiqləşdirilməlidir.Bu haqda "Turan"a Müsavat başqanı Arif Hacılı bildirib: "Əlavə edilib ki, 256 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barəsində məlumatlar təkrarlanıb. Digər səbəblər də göstərilib".
Onun sözlərinə görə, bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilib. Hacılı deyir ki, iyulun 20-də Müsavatın nümayəndələri Ədliyyə Nazirliyində olacaqlar və məsələlərə aydınlıq gətirməyə çalışacaqlar. "Kimlərsə partiya üzvü olmadıqlarını telefon zəngi ilə bildiribsə, bu, onların avtomatik olaraq partiya üzvü olmadığı demək deyil. Belə hal olubsa, biz bu şəxslərin siyahısı ilə tanış olmalıyıq", - Müsavat başqanı əlavə edib.
Ədliyyə Nazirliyi: 31 partiya öz təşəbbüsü ilə ləğv olunub
"Siyasi partiyalar haqqında" Qanun qüvvəyə mindiyi tarixdən bəri 31 partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə bəyanat verib. Bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, partiyalar bunu "prezidentin təşəbbüsü ilə ölkədə aparılan uğurlu islahatlar, təşviq olunan siyasi dialoq, siyasi sabitliklə və torpaqların işğaldan azad edilməsi" ilə əlaqələndiriblər.
Digər 27 siyasi partiya isə üzvlərinin adı, soyadı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsini əks etdirən reyestrini Ədliyyə Nazirliyinə təqdim edib. Nazirlik yoxlama zamanı onların bəzilərində bir sıra qüsurlar aşkarlandığını bildirir. Belə ki, üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması və s. müəyyən olunub. Partiyalara aşkarlanmış çatışmazlıqların qanunla müəyyən edilmiş müddətdə aradan qaldırılmasının zəruriliyi bildirilib.
Cəmi 463 nəfər REAL üzvü sayılıb
Ədliyyə Nazirliyi REAL Partiyasının təqdim etdiyi 5 min 118 nəfərlik siyahıdan yalnız 463 nəfəri partiya üzvü sayıb.
Təqdim olunan siyahıdan digərlərinə gəlincə, 986 nəfər partiya üzvü kimi tanınmayıb. Bu haqda "Turan"a partiyanın sədri İlqar Məmmədov bildirib. Onun sözlərinə görə, iyulun 17-də Ədliyyə Nazirliyindən verilən cavabda qeyd olunur ki, reyestrdə adları göstərilən üzvlərlə əlaqə saxlanılıb, onlardan 986 nəfərin partiyaya üzv olmadığı üzə çıxıb: "Yazılıb ki, daha 1 min 58 nəfərin telefon nömrəsi kimi ofisinizin nömrəsini göstərmisiniz, bunu isə məqbul saymırıq. 2 min 527 nəfər barədə məlumatlar – adı, soyadı, doğum tarixi Əhalinin Dövlət Reyestrində tapılmadı".
"Ya 4 min 500 nəfərin məlumatlarını "düzəltməli"..."
Cavabda həmçinin göstərilir ki, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb: "Beləliklə, partiyamızın siyahısında cəmi 463 nəfərin adı "keçərli" oldu. Qanuna əsasən, növbəti 30 gün ərzində ya 4 min 500-dən artıq nəfərin məlumatlarını "düzəltməli", ya da eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq".
İ.Məmmədovun sözlərinə görə, Azərbaycan hakim partiyası (YAP) özünün ənənəvi, 30 ilin müxalifəti ilə rəqabət aparmaq istəyir, yeni siyasi qüvvələrlə rəqabət aparmaq istəmir. Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
YAP üzvləri isə hesab edirlər ki, siyasi nüfuza malik partiyaların 5 min üzv toplaması çətin olmamalıdır.
İyunun 12-də Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitəsi üzvlərinin reyestrini təsdiq edərək onu Ədliyyə Nazirliyinə göndərib.
Yeni qanunun tələbləri
Prezident İlham Əliyev bir neçə ay əvvəl "Siyasi partiyalar haqqında" yeni qanunu imzalayıb. Sənəd müxalifətdə olan bir çox siyasi partiyalar tərəfindən kəskin tənqidlərə səbəb olub.
Qanunda deyilir ki, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə bilər. Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 5 min nəfər üzvü olmalıdır. Bununla yanaşı, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4 min 500-dən aşağı olarsa, həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılır.
Müsavat da reyestrdən keçmədi