Məryəm Nəvaz Şərif Pakistanın Pəncab əyalətinin Baş naziri olub

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Pakistan Müsəlman Liqasının yüksək vəzifəli funksioneri Məryəm Nəvaz Şərif Pəncab əyalətinin Baş naziri seçilib.

Pakistanın sabiq Baş naziri Məhəmməd Nəvaz Şərifin qızı əyalətin qanunvericilik məclisinin 327 deputatından 220-nin səsini alıb. Onun rəqibi olan Vahid Sünni Şurası partiyasının təmsilçisi Rəna Aftab Əhməd Xanın namizədliyini isə qanunverici orqanın yalnız 103 deputatı dəstəkləyib.

Beləliklə, Məryəm Nəvaz Şərif Pakistan tarixində ilk qadın Baş nazir olub.

Seçkilərdə keçmiş Baş nazirlərdən İmran Xanın partiyası Pakistan Ədalət Hərəkatının (PTI) namizədi Rana Aftabın etiraz etdiyi seçkidə, Pakistan Müsəlman Liqası-Nəvaz (PML-N) sədr müavini Nəvaz Şərifin qızı Məryəm Nəvaz371 yerlik Pəncab Məclisində 220 üzvün səsini toplayıb.

PML-N 193 yerlə Pəncab Assambleyasında çoxluq təşkil edir.

Qeyd edək ki, Pakistanın Seçki Komissiyası fevralın 8-də fevralın keçirilən Milli Assambleya və əyalət məclislərinə seçkilərin nəticələrini 11 fevralda elan edib.

Rəsmi nəticələrə görə, seçkilərdə İmran Xanın partiyası PTI-nin dəstəklədiyi müstəqil deputatlar birinci, Nəvaz Şərifin rəhbərlik etdiyi PML-N isə ikinci yerdə qərarlaşıb.

PTI saxtakarlıq olduğu səbəbiylə ölkə daxilində 8 fevral seçkilərinin nəticələrini etiraz edir.