ƏMDK Bakı-Novorassiyski neft kəmərinin mühafizə zolağında çoxlu sayda fərdi yaşayış evləri aşkarlayıb

Əmlak Məsələləri Dövlət Komitəsi son 10 gün ərzində aparılmış monitorinqlər nəticəsində kommunikasiya xətlərinin mühafizə zolaqlarında 122 qanunsuz tikinti və qeyri-qanuni istifadə halı müəyyən edib, deyə qurumun məlumatında bildirilir. Mühafizə zolaqlarının qeyri-qanuni istifadəsi ilə bağlı 20 fakt üzrə materiallar daxili işlər orqanlarına göndərilib.

ƏMDK-nin müdaxiləsi nəticəsində Bakı şəhərinin Babək prospektində yüksək gərginlikli elektrik xətlərinin, avtomobil və dəmir yollarının mühafizə zolaqlarında yerləşən torpaqlarda qeyri-qanuni tikintilərin inşası dayandırılıb.

contact.az