MBH üzvü Natiq Qasımova hökm oxundu

Noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində daha bir inanclını saxta ittihamla azadlıqdan məhrum etdi. Müsəlman Birliyi Hərəkatının üzvü Natiq Qasımov ölkədə kütləvi inanclıların həbsi çərçivəsinə saxlanılmışdı. Məhkəmə Natiq Qasımov barəsində CM-nin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürsə də, məhkəmə gedişi zamanı yetərli sübutlar tapılmaması səbəbindən maddə 234.1-1-ə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edilmışdı. Bununla yanaşı inanclı barəsində hətta qeyd edilən maddə belə əsaslanmadan hakim Natiq Qasımovu 3 il müddətinə azadlıqdan mərhum edilib.

Xatırladaq ki, 2023-cü ilin gəlişi ilə inanclıların kütləvi həbsləri gerçəkləşən gündəmdə İran-Azərbaycan münasibətlərinin gərginləşməsi səbəb olaraq göstərilirdi. Hüquq müdafiəçilərinin məlumatına görə həbs edilən inanclıları sayı mindən artıqdır ki, onların içində ruhanilərin sayı 50-dən artıqdır.