Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü zamanı baş verən qəza ilə bağlı açıqlama verib. Açıqlamada deyilir:
"Nəzərinizə çatdırmaq istərdik ki, bu gün keçirilən birinci sərbəst yürüş sessiyası lyuk qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunub. Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır. Hazırda Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birlikdə həmin lyukun təhlükəsizlik şəkildə əvəzolunması və trekdə olan bütün digər lyukların növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində işləyirik. Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən yüksək məsələdir. Trekdə olan 300-dən çox lyukun təkrar yoxlanılması prosesi başa çatdıqdan dərhal sonra növbəti yarış sessiyasına start veriləcək. Yeniliklər olduqca sizi tezliklə məlumatlandıracağıq".
Xatırladaq ki, Williams komandasının pilotu Corc Rassel Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşünü dayandırmaq məcburiyyətində qalıb. Belə ki, kanalizasiya lyukunun qopması nəticəsində Rasselin idarə etdiyi bolid qəzaya düşüb. Avtomobil dərhal trasdan çıxarılıb.
Kanalizasiya lyuku ilə bağlı Formula 1-dən RƏSMi AÇIQLAMA

Oxşar xəbərlər