İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və lideri olduğu ifrat sağçı Yəhudi Güc Partiyasından Nəcəf və Qalilenin inkişaf naziri Yitzhak Vasserlauf, Əqsa Mağara Qapısından Hərəmi Şərifə İsrail polisinin nəzarəti altında giriş edib.
Ben-Qvir sosial media hesabında "Bu, İsrail xalqı üçün geri qayıtmalı və suverenliyimizi göstərməli olduğumuz ən vacib məkandır" deyib. Yəhudiliyə görə "Məbədin dağıdılmasının ildönümü" kimi tanınan gün səhər saatlarından başlayaraq, yüzlərlə fanatik yəhudi məskunlaşan İsrail polisinin sıx nəzarəti altında Məscidül-Əqsaya basqın edib.
Fələstin HƏMAS Hərəkatının sözçüsü Hazim Qasimin verdiyi yazılı açıqlamada, "İsrail hökumətindəki nazirlərin Məscidül-Əqsaya basqın etməsi İsrailin Qüds və Məscidül-Əqsaya qarşı dini savaşında gərginliyin artması deməkdir" söyləyib.
Qasim qeyd edib ki, “bu basqınlar Fələstin xalqının, İslam ümmətinin və ərəb dünyasının hisslərinə qarşı bir təxribatdır”.
Keçən ilin sonunda Benyamin Netanyahu hökumətində nazir postunu tutan İtamar Ben-Qvir yanvar və may aylarında Məscidül-Əqsaya basqın etmiş və ifrat sağçı nazirin basqınları dünya və beynəlxalq ictimaiyyətin reaksiyası ilə qarşılanmışdı.
Eramızdan əvvəl 586 və miladi 70-ci illərdə Süleyman məbədinin iki dəfə dağıdılmasının ildönümü sayılan Tişa BeAv adlı matəm və oruc günü ilə əlaqədar fanatik yəhudilər “Məscidül-Əqsaya basqın” etməyə çağırıblar.
İsrailin ifrat sağçı naziri Əl-Əqsa məscidinə basqın edib