İsrailin bütün etirazlarına baxmayaraq, 35 min müsəlman Məscidül-Əqsada

İşğal altındakı Şərqi Qüdsdə 35 min müsəlmanın İsrailin maneələrinə baxmayaraq, işa və təravih namazı üçün Məscidül-Əqsada sıraya düzüldüyü bildirilib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın Qüds İslami Vəqflər İdarəsinə əsaslanaraq verdiyi xəbərdə Ramazan ayının ilk günündə müsəlmanların Məscidül-Əqsaya axışdığına diqqət çəkilib.

Xəbərdə İsrail qüvvələrinin işğal altındakı Şərqi Qüds şəhərində 5 aydır müsəlmanların Ramazan ayının ilk günü Məscidül-Əqsaya girməsinə mane olduğu xatırladılıb və İsrail qüvvələrinin gənclərin Məscidül-Əqsaya yaxınlaşmasına icazə vermədiyi bildirilir.

Xəbərdə xatırladılıb ki, İsrail Məscidül-Əqsaya gedən qapılardan biri olan Aslan (Esbat) qapısını əhatə edən divarlara tikanlı məftillər çəkib.