İsraildə əsirlərin ailəsi ilə Netanyahu arasında insident

Sionist rejim mediası işğal rejiminin baş naziri Binyamin Netanyahu ilə Qəzza zolağındakı israilli məhbusların qohumlarının mübahisəsi barədə məlumat yayıb.

Operativtv.com Rasthaber Azərbaycan-a istinadən xəbər verir ki, sionist rejimin baş naziri Binyamin Netanyahu Qəzza zolağında məhbusların yaxınları və azad edilmiş məhbuslarla görüşərək deyib: Hazırda hər kəsi evə gətirmək mümkün deyil.

Sionist İsrail Baş Nazirliyinin Mətbuat İdarəsi Təl-Əvivdə keçirilən görüşdən heç bir görüntü paylaşmayıb.

Digər tərəfdən, sionist İsrail mətbuatında yer alan xəbərə görə, görüş zamanı Netanyahu ilə məhbusların yaxınları arasında mübahisə yaşandığı bildirilib.

Mediada Netanyahunun əsir olan qohumlarına "Hazırda hamını evə gətirməyin bir yolu yoxdur. Həqiqətən kimsə təsəvvür edə bilərmi ki, bu seçim olsaydı, kimsə imtina edər?" ifadəsini işlətdiyi bildirilib.

Bildirilib ki, bu sözlərə reaksiya verən məhbusların yaxınları ilə sionist rejimin baş naziri arasında mübahisə olub. Netanyahunun görüş zamanı çıxışını əlindəki kağızdan oxuduğu və heç bir suala cavab vermədiyi qeyd edilib.

Bir məhbusun qohumunun Netanyahuya "İsrailli məhbusların evlərinə qayıtması Qəzzaya hücumlar qarşısında prioritet olmalıdır" deyərək reaksiya verdiyi bildirilib.